Azərbaycan Dövlət İnformasiya Agentliyi

#Evdəqal: Bakı Media Mərkəzi pandemiya dövründə sosial məsuliyyətlə bağlı videoçarx hazırlayıb

13.04.2020 [21:00]

Xəbərin mətni

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda, hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətində fəaliyyətinə dəstək olunması, virusa yoluxma riskini azaltmaq üçün xüsusi krantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi xüsusi vurğulanır.