DÜNYA


Fransada karantin müddəti mayın 11-dək artırılıb

Fransada koronavirus ilə bağlı təcridolma rejimi mayın 11-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu haqda televiziya ilə xalqa müraciətində deyib.
Fransa Prezidenti bildirib ki, mayın 11-dən etibarən körpələr evi, uşaq bağçaları, kolleclər və liseylər tədricən açılmağa başlayacaq. Ancaq həmin tarixdə otellərin, restoranların, kafelərin açılması gözlənilmir. Universitetlərdə tədris yaydan əvvəl başlamayacaq.