DÜNYA


Qazaxıstanın "Xabar" Agentliyi koronavirusla mübarizə aparan dünyadakı bütün həkimlərə klip həsr edib

Bu gün bütün dünya həkimlərin və tibb işçilərinin cəsarəti və dözümünə heyran qalır. Onlar bəzən həyatlarını riskə ataraq pandemiya qurbanlarını xilas edən əsl qəhrəmanlardır. Koronavirusa yoluxanların sayı hər gün artmaqdadır, amma sağalan xəstələr də çoxdur. Bu, məhz ağ xalatlı insanların qəhrəmanlığıdır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Xabar” Agentliyinin elə bu ölkənin Mədəniyyət və İdman Nazirliyi ilə birgə hazırladığı “Dünya duası” ( «Всемирная молитва») klipi pandemiya ilə mübarizə aparan dünyanın bütün həkimlərinə həsr edilib.
Qeyd edək ki, Yunan bəstəkarı Vangelisin yazdığı bu məşhur əsəri Qazaxıstanın operasını tanımş müğənnisi Mayra Muxammedkızı ifa edir.