CƏMİYYƏT


Xaçmazda polis əməkdaşları sosial dəstəyə ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı edib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq sosial dəstəyə ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər.