Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində məktəblərdə dərslər bərpa olunur

15.04.2020 [11:02]

Xəbərin mətni

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı Hubey vilayəti istisna olmaqla digər şəhər və vilayətlərin məktəblərində dərslərin bərpasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda ümumi orta (VII-IX siniflər) və tam orta (X-XII siniflər) məktəblərin son (buraxılış) siniflərində dərslər bərpa olunub.