Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltılar yetişdirilir

15.04.2020 [11:18]

Xəbərin mətni

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ölkəmizdə ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması üzərində tədqiqat işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha yüksək olması proqnozlaşdırılır.