CƏMİYYƏT


Kənddə gizli kafe işlədən şəxs saxlanılıb

Kürdəmir rayonunun Mollakənd kəndində karantin rejimini pozaraq gizli şəkildə kafe işlədən 62 yaşlı kənd sakini Hacıyev Xanəhməd İman oğlu saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon polis şöbəsinə gətirilən Xanəhməd Hacıyev ilkin dindirilmə zamanı səhvini etiraf edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq protokol tərtib olunub və cərimə edilib.