CƏMİYYƏT


AAYDA daha 1500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmağa davam edir.
Bir neçə gündür davam edən aksiya çərçivəsində Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron rayonu da daxil olmaqla respublikanının əksər rayonlarında ümumilikdə 2500-ə yaxın aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Xatırladaq ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin olunub.