Şabranda 1000-dən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb
15.04.2020 [12:27]
Xəbərin mətni
"Evdə qal" çağırışına qoşulan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 68 yaşayış məntəqəsində 1000-dən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Şabran rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.