İtaliyada 110 mindən çox iş yeri yenidən fəaliyyətə başlayıb
15.04.2020 [17:53]
Xəbərin mətni
İlkin olaraq kitab, dəftərxana ləvazimatları və uşaq geyim mağazalarının yenidən açılması ilə başlanan yumşaldılma tədbirlərinin ikinci fazası mayın 4-də tətbiq olunacaq. İtaliyanın Baş Naziri Cüzeppe Kontenin son keçirdiyi iclasda dediklərinə əsasən, yeni fazada artıq insanların azad hərəkətinin bərpa olunması, tekstil və mebel fabriklərinin işə başlaması nəzərdə tutulub. Mayın 11-dən məhkəmələrin, mayın 18-dən restoran və barların, mayın 31-dən isə bərbərxanaların fəaliyyəti bərpa olunacaq. Ölkənin futbol çempionatı da mayın 31-dən yenidən davam edəcək. Məktəblər isə böyük ehtimalla sentyabrda yenidən açılacaq.