DÜNYA


Sonuncu həkimlər qrupu Hubey əyalətini tərk edib

Regionda epidemioloji vəziyyətin yaxşılaşması fonunda Pekin Tibb Kollecinin (Peking Union Medical College) tibb işçiləri qrupu Hubey əyalətindən geri çağırılıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin qrupunun 179 tibb işçisi aprelin 15-də ilk dəfə koronavirus epidemiyasının başladığı regionu tərk edib. Altı həkim isə ağır xəstələrin müalicəsi üçün müvəqqəti olaraq əyalətin administrativ mərkəzi Uxan şəhərində qalıb.