CƏMİYYƏT


İcazə sistemindən sui-istifadə edən Lənkəran sakinləri cərimələnib

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Lənkəranda karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.