CƏMİYYƏT


Səbail rayonunda karantin qaydalarını pozan usta cərimə edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.
Polis əməkdaşları həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədovu rayon polis idarəsinin 41-ci polis bölməsinə gətiriblər. Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib.