DÜNYA


Qazaxıstanda “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb

Qazaxıstanın Karaqanda şəhəri yaxınlığında döyüş növbətçiliyinə hazırlıq üzrə planlı uçuş əməliyyatını yerinə yetirərkən “MiQ-31” hərbi hava qüvvələri təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin əmrinə əsasən aviasiya qəzasının araşdırılması üzrə komissiya yaradılıb.