Azərbaycan Dövlət İnformasiya Agentliyi

"BakuBus"da dezinfeksiya kabinası quraşdırlıb

17.04.2020 [11:44]

Xəbərin mətni

İctimai nəqliyyatda görülən əks-epidemik tədbirlər çərçivəsində “BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir.