"Euronews" Azərbaycan Simfonik Orkestirinin #Evdeqal kampaniyasına göstərdiyi dəstəyin videosunu yayımladı
17.04.2020 [14:20]
"Euronews" telekanalı Azərbaycan Dövlət Simfonik Orkestirinin üzvlərinin #Evdeqal kampaniyasına qoşularaq məsafədən təqdim etdikləri videokonsertin görüntülərini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, həmin video kanalın "şərhsiz" bölməsində təqdim olunub.