Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Media Mərkəzindən həkimlərə dəstək videoçarxı

18.04.2020 [11:20]

Xəbərin mətni

Dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas güc səhiyyə işçilərinin üzərinə düşür. Onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var.
AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz bu ağ xalatlı qəhrəmanlara həsr edilib.