Rusiyada yüngül mühərrikli təyyarə qəzası: 4 ölü
18.04.2020 [12:05]
Rusiyanın Xabarovsk diyarında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, “MSK DB” şirkətinin sahibi İlya Karabuta məxsus “L-4” təyyarəsi Xabarovsk diyarının Lesnoy qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, Kalinka aeroportundan havaya qalxan təyyarə təlim-məşq uçuşu yerinə yetirərkən yerə düşərək yanıb.