MƏDƏNİYYƏT


Xalq artisti Gülyanaq Məmmədova “#Evdəmədəniyyətimiziyaşadaq” layihəsinə qoşulub

“#Evdəqal” təşəbbüsü çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan “#Evdəmədəniyyətimiziyaşadaq” layihəsinə Xalq artisti Gülyanaq Məmmədova da qoşulub. Xalq artisti koronavirus pandemiyası ilə bağlı mübarizəyə həsr olunmuş çağırışlara dəstək nümayiş etdirərək, Şəkidəki evlərinin həyətindən izləyicilərə təqdim etdiyi videoçarx vasitəsilə sosial izolyasiya şəraitində olan həmvətənlərimizi karantin müddətində daha da məsuliyyətli olmağa səsləyib.