Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrükçülər qanvermə aksiyasında iştirak ediblər

18.04.2020 [14:39]

Xəbərin mətni

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada DGK-nın əməkdaşları da fəallıq göstərirlər. Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, DGK-nın Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak ediblər.