Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək oldu

20.04.2020 [10:45]

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olub.
Bir neçə gündür davam edən aksiya çərçivəsində Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron rayonu da daxil olmaqla respublikanının bütün rayonları əhatə olunmaqla 5 minə yaxın aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.