Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları 100 aztəminatlı ailəyə yardım ediblər

20.04.2020 [20:25]

DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində maddi dəstəyə ehtiyacı olan 100 aztəminatlı ailənin gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.