CƏMİYYƏT


Qubada karantin qaydalarını pozaraq göl kənarında yeyib-içən 5 gənc cərimələnib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonu İkinci Nügədi kənd sakinləri olan beş nəfər kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Xüsusi karantin rejimi qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Saxlanılan şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.