Yaşlılar üçün koronavirusdan qorunmaqla bağlı maarifləndirici animasiya çarxı hazırlanıb
21.04.2020 [12:14]
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün koronavirusdan qorunmaq mövzusunda maarifləndirici animasiya çarxı hazırlanıb.
COVİD-19 infeksiyasının xüsusilə yaşlılar üçün təhlükəli olduğu nəzər alınmaqla, çarxda bu kateqoriyadan olan insanlar üçün pandemiya dövründə sağlam və gümrah qalmaq üçün dəyərli tövsiyələr yer alıb.