CƏMİYYƏT


Xaçmazda 700 aztəminatlı ailəyə ərzaq yardımı edilib

Xaçmaz rayonunda sosial dəstəyə ehtiyacı olan 700 ailəyə ərzaq yardımı edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin şəraitində yaşayan ailələrə edilən yardım kampaniyası Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən həyata keçirilib.
Xeyirxah aksiyadan Xaçmaz və Xudat şəhərində, həmçinin rayonun əksər kənd və qəsəbələrində yaşayan tənha, ahıl və əlilliyi olan vətəndaşlar yararlanıb.