CƏMİYYƏT
Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları 150 ailəyə sovqatlar paylayıblar
21.04.2020 [14:31]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu dəfə nazirliyin Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. İdarə əməkdaşları ümumilikdə 150 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər.