DÜNYA


Çində 4 hündürmərtəbəli bina söküntü məqsədilə partladılıb

Çinin Şanxay şəhərində inşası başa çatmamış 4 hündürmərtəbəli bina söküntü məqsədilə partladılıb.
AZƏRTAC xəbər verir ki, yerli hökumət Şanxayın Putuo rayonunda 2001-ci ildə inşası başlamış, lakin sonradan maliyyə çatışmazlığı ucbatından və digər səbəblərdən tamamlanmayan binaların sökülərək, ərazidə yeni çoxfunksiyalı zonanın yaradılmasına qərar verib. Hündürlüyü 100 metrdən çox olan binaların hissə-hissə sökməyi səmərəsiz hesab edən mütəxəssislər söküntünün partlayış vasitəsilə həyata keçirilməsinə qərar veriblər. Gecəyarı 4 bina eyni vaxtda partladılaraq bir neçə saniyə ərzində məhv edilib. Ümumi partlayış sahəsi 250 min kvadratmetr olub. Dağıntılar 160 min kvadratmetr sahəyə yayılıb.