"Mazımçay" gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər
21.04.2020 [22:48]
Xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.
Qərb Ərazi Baş Gömrük İdarəsinin"Mazımçay" gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dənyuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.