CƏMİYYƏT


Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən polis və jurnalistlər üçün (üz sipəri) şəffaf maskalar hazırlanıb.
AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Tağı Tağı-Zadə lkin olaraq 2 000 ədəd şəffaf maskanın hazırlandığını deyib.
Bildirilib ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar.