CƏMİYYƏT


Binəqədidə gizli fəaliyyət göstərən “play station” zalı aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbədə paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkarlanıb. C.Cabbarlı və müştərilər saxlanılaraq rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətiriliblər.