CƏMİYYƏT


Səbail rayonunda xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusubov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.