MƏDƏNİYYƏT


“Gilavar” Azərbaycan Foto Klubu "Koronavirus" adlı virtual foto sərgi hazırlayıb

Azərbaycanda foto sənətinin inkişafına töhfə verən "Gilavar" Azərbaycan Foto Klubu bu dəfə də fərqli sosial layihə ilə çıxış edib. Kreativ Azərbaycan portalının başlatdığı "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulan foto klub "Koronavirus" adlı virtual foto sərgi hazırlayıb. Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həmçinin fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır. Virtual sərgidə 19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənir.

Qeyd edək ki, sərgidə ölkənin tanınmış fotoqraflarının - Rəşad Mehdiyev, Ramil Zeynalov, Roman İsmayılov, Zaur Mustafayev, Vüqar İbadov, Dilavər Nəcəfov, Murad Orucov, Əziz Kərimov, Rəsul Rəhimov, Aydın Məmmədov, Şahin Sərdarov, Tofiq Babayev, Famil Mahmudbəyli, Kərim Abbasov, Vəli Şükürov, İlkin Nəbiyev, Əlihüseyn Məlikov, Məhərrəm Məcidov və Şahlar Sadıqovun fotoları nümayiş olunur.