CƏMİYYƏT


Koronavirus pandemiyası ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər kimləri əhatə edəcək - AÇIQLAMA

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva həmin təklifləri şərh edərkən deyib.
S.Musayeva bildirib ki, ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır