DÜNYA


ABŞ-da tornado nəticəsində beş nəfər həlak olub

ABŞ-ın cənubunda yerləşən Texas və Oklahoma ştatlarının bəzi rayonları qasırğa və tornadonun təsirinə məruz qalıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, təbii fəlakət regionda azı beş nəfərin ölümünə səbəb olub.

Tornado Texas ştatında üç nəfərin həyatına son qoyub, 20 nəfər xəsarət alıb. Həmçinin təbii fəlakət nəticəsində bəzi yaşayış binaları, mağazalar və infrastruktur obyektləri zədələnib, ağaclar və elektrik dirəkləri aşıb.