"ASAN xidmət" dən yeni videoçarx
23.04.2020 [15:19]
Xəbərin mətni
"ASAN xidmət" xüsusi karantin rejimində də vətəndaşların daim yanında olduğunu əks etdirən videoçarx hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda "ASAN xidmət"in müxtəlif struktur bölmələrinin əməkdaşlarının 9108 Çağrı Mərkəzi vasitəsilə evlərindən də vətəndaşların müraciətlərini cavablandırdıqları nümayiş olunub.