Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

23.04.2020 [18:20]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun şəxsi heyəti koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım göstərib.