İDMAN


AFFA-dan gənc futbolçulara ev şəraitində məşq proqramı

AFFA koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün videoməşq poqramı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, proqram AFFA-nın YoTube səhifəsində yayınlanıb.
AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqramla bağlı məlumat verib.

COVID-19-la bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinliklər yaradır. Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusilə, gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu proqramlar çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi futbolçular üçün ən vacib fiziki göstəricilər üzrə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır