DÜNYA


Baykonurdan “Proqres MS-14” kosmik gəmisi orbitə buraxılıb

Qazaxıstanın Baykonur kosmodromundan bu gün yerli vaxtla saat 07:51-də “Proqres MS-4” kosmik gəmisi “Soyuz-2.1a” raket daşıyıcısı ilə orbitə buraxılıb.
AZƏRTAC xəbər verir ki, “Roscosmos TV” studiyası tərəfindən canlı yayımlanan - Böyük Vətən Müharibəsinin 75 illiyi rəmzi quraşdırılmış göyərtədəki "Proqres MS-14" - "Qələbə gəmisi" orbitə çıxıb. “Proqres MS-14” beynəlxalq kosmik stansiyaya ümumi kütləsi 700 kiloqram olan yanacaq və qaz ehtiyatlarını, habelə bort idarəetmə və həyat təminatı sistemlərinin resurs aparatları da daxil olmaqla 1350 kiloqram ağırlığında müxtəlif avadanlıq və yükləri, elmi-tədqiqat eksperimentləri aparmaq üçün cihazları, sanitar-gigiyenik materialları, geyim əşyaları və dərman preparatları, 420 litr suyun tanklarda dozaj sistemi və standart qida rasionlarını çatdırmalıdır.