Rusiyada Mİ-26 helikopteri sərt eniş edib
25.04.2020 [14:08]
Rusiyanın Yamal-Nen muxtar mahalında Mi-26 sərnişin helikopteri sərt eniş edib.
AZƏRTAC RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal edilir.