CƏMİYYƏT


Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 80 ailəyə köməklik göstəriblər.
Bu dəfə Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Xaçmaz və Qusar rayonları ərazisində yaşayan aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.