DÜNYA


Cənubi Koreyada “Avtomobillə kinoteatra” layihəsi

Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkədə tətbiq olunan karantin rejimi əyləncə-istirahət mərkəzlərinin fəaliyyətinə, o cümlədən kinoteatrların işinə qadağa qoyub. Amma Cənubi Koreyada kinosevərlərin kinoteatrda film izləməsi üçün özünəməxsus çıxış yolu tapıblar. Buna “avtomibllə kinoteatra” layihəsi də demək olar. Belə ki, paytaxt Seulun bir neçə məhəlləsindəki kiçik parklarda müvəqqəti kinoteatra adamlar öz avtomobilləri ilə gəlib, filmləri də elə avtomobildən izləyə bilirlər. Bununla həm karantin rejiminin tələblərinə uyğun olaraq insanların yaxın təmaslarının qarşısı alınır, həm də tamaşaçıların kinoteatrda film izləməkdən zövq alması təmin olunub. Tamaşaçılar əvvəlcədən onlayn qaydada avtobil üçün bilet almalıdırlar.
Sakinlər bu cür kinoteatrlarda olmağı həm filmlərə baxmaqdan zövq almaq, həm bütün ailə olaraq evdən kənara çıxa bilmək şansı kimi dəyərləndirirlər.
Yerli hökumət tələbat olacağı təqdirdə bu cür kinoteatrların fəaliyyətinin bütün karantin rejimində davam etdiriləcəyini açıqlayıb.