Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda çantasında partlayıcı maddə olduğunu deyən şəxs zərərsizləşdirilib

25.04.2020 [16:34]

Xəbərin mətni

Hadisə İstanbulun Bakırköy rayonunda şəhərin iki qitəsini birləşdirən Marmaray xəttinin Yeniməhəllə stansiyasında baş verib.
Hələ ki, kimliyi bəlli olmayan bu şəxs polis əməkdaşları tərəfindən aparılan danışıqlardan sonra təslim olub.
Onun çantasında yalnız geyim əşyalarının olduğu müəyyən olunub.