Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada polis əməkdaşları 30 aztəminatlı ailəyə yardım edib

25.04.2020 [20:46]

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə dəstək olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 30 aztəminatlı ailəyə baş çəkərək, ərzaq məhsullarından ibarət yardımları onlara təqdim ediblər.