Dünyanın ən böyük konteyner gəmisi ilk səfərinə başlayıb
27.04.2020 [19:28]
Xəbərin mətni
Dünyanın ən böyük konteyner gəmisi olan "HMM Algeciras" Çinin Çinado limanından Koreya Respublikasının Pusan şəhərinə ilk səfərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, 24 min konteyner (20 fut ekvivalentində) daşımaq imkanı olan gəminin uzunluğu 400 metrdir. Gəminin göyərtəsinin sahəsi 24 min kvadratmetrdən çoxdur ki, bu da təxminən 3 futbol meydançası deməkdir.