CƏMİYYƏT


Bakıda 19° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 15-19° isti, Bakıda gecə 10-12°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.