Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir

28.04.2020 [17:13]

Xəbərin mətni

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda elan etdiyi hekayə müsabiqəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hekayə müsabiqəsinə hazırda 67 əsər təqdim olunub. Hekayələrin çoxluğu nəzərə alınaraq, qısa zamanda onların qiymətləndirilməsi məqsədilə əsərlərin Müsabiqə Komissiyasına təqdim olunması nəzərdə tutulur.