DÜNYA


Çin qanunverici orqanının təxirə salınan illik iclası mayın sonunda keçiriləcək

Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) koronavirus böhranı ilə əlaqədar təxirə salınan illik iclası mayın 22-də başlayacaq.
AZƏRTAC xəbər verir ki, Yığıncağın Daimi Komitəsinin aprelin 26-29-da keçirilən iclasında ölkədə il ərzində ən böyük siyasi tədbir olan qanunverici orqanın illik sessiyasının mayın sonunda keçirilməsi barədə qərar qəbul olunub.