Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər

29.04.2020 [19:14]

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər. Mərkəzi Gömrük Hospitalının əməkdaşları bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini veriblər.