CƏMİYYƏT


Bakıda 21 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13°, gündüz 18-22° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacaq.