DÜNYA


Çin Comolunqma zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb

Çin dünyanın ən uca nöqtəsi olan Comolunqma (Everest) zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, zirvənin yenidən ölçülməsi Çinin Təbii Ehtiyatlar Nazirliyinin, İdman Baş İdarəsinin və Tibet muxtar rayonu hökumətinin Comolunqma dağı ilə bağlı həyata keçirdiyi irimiqyaslı kompleks elmi tədqiqat layihəsinin bir hissədir.